Butan nqultrumu

Butan nqultrumu
དངུལ་ཀྲམ
1 nqultrum əsginası
Kod və simvol
ISO 4217 kodu BTN (064)
Simvol Nu
Abreviatura Nu
Dövriyyə ərazisi
Emitent ölkə  Butan
Əvəzedici və paralel vahidlər
Kiçik setrum (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 5, 10, 20, 25, 50 setrum və 1 nqultrum
Əsginas 1, 5, 10, 20, 50, 100, 500, 1000 nqultrum
Tarixi
Dövriyyəyə buraxılma 1974
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Butan Mərkəzi Bankı
  rma.org.bt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Butan nqultrumu (Dzonqxa: དངུལ་ཀྲམ, nqyultram kimi tələffüz edilir) — Butan krallığının pul vahididir. Krallığın rəsmi valyutası 1974-cü ildən dövriyəyə buraxılmışdır. (Əvvəl Butan rupisi Butanın valyutası idi, hərçənd bəzən müasir nqultrumu da "Butanın rupisi" adlandırırlar).

1 nqultrum 100 setrumdan ibarətdir. ISO 4217 standartında nqultrumun kodu — BTN, simvolu — Nu, setrumun simvolu — Ch-dır.

Mübadilədə daha çox 20, 25, 50 setrumluq və 1 nqultrumluq sikkələrdən istifadə olunur. Nadir hallarda isə 5 və 10 setrumluq sikkələrdən istifadə olunur. Mübadilədə 1, 5, 10, 20, 50, 100, 500 və 1000 nqultrumluq əsginaslar üstünlük təşkil edir.

Nqultrumun məzənnəsi Hindistan rupisi ilə əlaqəlidir.


Developed by StudentB